“Bunlar cəmiyyət üçün təhlükəlidirlər” – Aslan İsmayılovbackend

"Bunlar cəmiyyət üçün təhlükəlidirlər" - Aslan İsmayılov

“Son günlər Ramiz Mehdiyev və Əli Həsənov mafiyası ilə bağlı baş verənlərdən bir daha başa düşdüm ki, birinci növbədə biz özümüz dəyişməliyik. Biz haqqın, ədalətin yox, şəxsən bizə – özümüzə sərf edənin yanında olmağa çalışırıq”.

KONKRET.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Bu gün R.Mehdiyev-Ə.Həsənov cütlüyünü ifşa edənlərin siyahısına baxıb dəhşətə gəlirəm. Ən dəhşətlisi də odur ki, siyahıda tək bu cütlüyün xalqa düşmənçiliyinə illərlə susanlar yox, həm də bu cütlüyün qarşısında quyruq bulayanlar da var. Özü də bu gün ifşa edənlərdən ən ağır ifadələr işlədənlər də sonunculardır. Bunlarda neçə sifətlərinin olduğunu, nələrə qadir olduğunu görəndə onlarla bir havanı udduğuna peşman olursan.

İllərdir bu cütlüyü tənqid edib onların xalqa düşmənçiliyini göstərəndə, polisə aparılıb təhdid ediləndə, vəkillikdən xaric ediləndə, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləndə, 3 dəfə məhkum olunanda indi dilləri açılmışlar susurdular, bu gün ən fəal “ifşaçılar” isə məhz etdiklərimə görə göstərişlə məni təhqir edirdilər, guya “dövlət xadimlərinə” böhtan atdığıma görə məni məhkəmələrdə süründürürdülər. Özü də bunlar bu gün də məhz həmin cütlüyün hesabına fəxri adlar, mənzil və digər imtiyaz sahibləri olmaqda davam edirlər. Bunlarda müqəddəs demirəm, insanlığa xas olan heç bir xüsusiyyət yoxdur. Bunlar həqiqətən cəmiyyət üçün təhlükəlidirlər.

Hesab edirəm ki, bütün canfəşanlıqlarına baxmayaraq bunlar bütün adlardan, mənzillərdən, imtiyazlardan məhrum olmalı və öz ağaları ilə birlikdə cinayət məsuliyyətinə alınmalıdırlar ki, gələcək nəsillər üçün görk olsun. Hamı bilsin ki, insanın bir əqidəsi, bir yolu olar, şəxsi maraqlar üçün fürsətçilik, böhtan atmaq, yerdəyişmə xəyanətə bərabərdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*