Xəbər verdiyimiz kimi dünən bəstəkar Tahir Əkbərin vəfatından daha bir il ötdü. Bəstəkarın qızı Bəhriyyə xanım müsahibəsində atasının dəfni zamanı Mədəniyyət Nazirliyinin ona olan biganəliyindən gileylənib.
KONKRET.az xəbər verir ki, bununla yanaşı, Bəhriyyə xanım atasından sonra sənət adamlarından ancaq Əməkdar artist Aybəniz Haşımova və Firuzə İbadovanın onlara baş çəkdiklərini bildirib.
Bəs Tahir Əkbərə qarşı bu biganəliyin səbəbi nə idi?
Moderator.az-ın sualını cavablandıran Əməkdar artist Aybəniz Haşımova burda nazirlik əməkdaşlarının günahkar olduğunu bildirib:
“Allah Tahir müəllimə rəhmət eləsin. Qızı da, yoldaşı da sağ olsun ki, məni vurğulayıblar. Amma bilirsiniz necədir, hər kəs özü öz yerinə cavab verə bilər. Tahir müəllimə qarşı biganəliyin səbəbini bilmirəm. Mədəniyyət Nazirliyinin keçmiş işçilərindən bəziləri ola bilsin ki, bizi doğru-düzgün tanımır və ona görə də nazirə haqqımızda məlumatı da düzgün çatdırmırlar. Çünki ola bilməz ki, mədəniyyət naziri sənətkarın yaradıcılığı haqqında məlumatlı olsun və biganəlik etsin. Düşünürəm ki, bunlar nazirlik əməkdaşlarının səhvidir, çünki onlar məlumatı rəhbərliyə düzgün çatdırmırlar”.