Bürclərin ÖLÜM səbəbləri və YAŞAM müddəti: “Birinin ağciyəri, digərinin ürəyi zəifdir” – ƏTRAFLIbackend

Bürclərin ÖLÜM səbəbləri və YAŞAM müddəti: "Birinin ağciyəri, digərinin ürəyi zəifdir" - ƏTRAFLI

Astroloqların fikrincə, bürclər müəyyən xəstəliklərdən əziyyət çəkir. Buna görə də çox yaşamaq istəyənlər diqqətli olmalıdırlar.

KONKRET.az xəbər verir ki, uzunömürlülük yalnız sağlam yaşamla şərtlənmir. Astroloqlar iddia edir ki, hər bürcün taleyi əvvəlcədən müəyyənləşib və onlar xəstəliklərdən qorunmalıdırlar.

Qoç

Ulduzlar bu bürcə möhkəm sağlamlıq verdiyi üçün həyatları qısa olmur. Orqanizmə fikir verilsə, qadın Qoçlar 78-80, kişilər 79 il yaşayır.

Buğa

Özlərini işlə yükləməsələr qadın Buğalar 79-80 yaşa qədər həyatda qalırlar. Kişilərdə ağciyər zəif olduğu üçün siqaretdən imtina etsələr, 80 il yaşayarlar.

Əkizlər

Sükan arxasında diqqətli olmalıdırlar. Qadınların sağlamlığı yerindədir, ancaq soyuqdəymədən qorunmalıdırlar. Orta hesabla 85 yaşlarını görürlər. Kişilərdə isə 45-dən sonra xəstəlik riskləri artır və 78 il ömür sürürlər.

Xərçəng

Depressiya və psixoza görə idmanla məşğul olsalar, yaxşıdır. Qadın Xərçənglər baş ağrılarından əziyyət çəkir və orta statistika ilə 75 il yaşayırlar. Kişilərin immun sistemi zəif olduğu üçün həyatları 73-74 il davam edir.

Şir

Optimizm xəstəliklə mübarizəyə yardım edir. Qadın Şirlər ürək-damar xəstəliklərindən əziyyət çəkir və adətən 72-74 il yaşayırlar. Kişilərin əsas dərdi ayaq ağrılarıdır, uzunömürlülükləri isə 74-75 yaşdır.

Qız

Sağlamlıqlarına diqqət yetirirlər. Qadın Qızlar 80 ildən çox, kişilər 76 yaşa qədər yaşayır.

Tərəzi

Zəif immun sisteminə görə özlərini işlə çox yormamaqları məsləhətdir. Qadınlar 77, kişilər 72-73 il ömür sürür.

Əqrəb

Bədbəxt hadisə qurbanı ola bilərlər. Qadınlar çox vaxt 62-63, kişilər 66-68 yaşına qədər həyatda qalır.

Oxatan

Sinir və psixoloji problemləri olur. Pis xəbərlərdən qorunsalar, yaxşıdır. Qadınlar 72 il, kişilər 68 yaşına qədər yaşayır.

Oğlaq

Sağlamlıqlarına diqqət edirlər, zəif yerləri nəfəs orqanlarıdır. Orta statistika ilə qadınlar 80, kişilər 77 il yaşayır.

Dolça

Çox yedikləri üçün mədə-bağırsaq problemləri olur. Qadınlar təzyiqdən əziyyət çəkir və 71 il yaşayır. Kişilər isə streslə mübarizə apara bilmirlər. Yaşam ortalaması 70-dir.

Balıqlar

Həssas və emosionaldırlar. Soyuqdəymədən əziyyət çəkən qadınlar 75, fiziki yüklənmə ilə təhrdən düşən kişilər isə 71 il yaşayır.

Sonda qeyd edək ki, rəqəmlər xəstəlik və ölüm statistikalarındakı çoxluğa görə bu cür göstərilib. Yoxsa əksini isbatlayan çoxsaylı örnəklər var.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*