Burkina-Fasoda Fransa radiosunun fəaliyyəti dayandırıldıbackend

Burkina-Fasoda Fransa radiosunun fəaliyyəti dayandırıldı

Burkina-Faso hakimiyyəti Fransanın “Radio France internationale” (RFI) radiostansiyasının fəaliyyətinin dayandırılması və növbəti xəbərdarlığa qədər proqramlarının ölkə daxilində yayımının qadağan olunması barədə göstəriş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Burkina24” xəbər portalı məlumat yayıb.

Rabitə, mədəniyyət, incəsənət və turizm naziri Jan Emmanuel Uedraoqonun imzaladığı kommünikedə deyilir ki, RFI terrorçu qrupların ölkə sakinlərinin vətəni müdafiə etmək üçün səfərbər olunmasının qarşısını almaq cəhdlərinə kömək edir.

Sənəddə vurğulanır ki, Burkina-Faso hökuməti RFİ jurnalistlərinin qərəzli münasibətindən və onların xalqın suverenlik uğrunda apardığı mübarizəni gözdən salmaq meylindən qəzəblənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*