Canet Yellen: “Qiymət artımı daha sürətli davam edəcək”backend

Canet Yellen: “Qiymət artımı daha sürətli davam edəcək”

“Qiymət artımı bir neçə ay daha sürətli davam edəcək. Ancaq gözlənilməz inflyasiyanın keçdikcə azalacağını proqnozlaşdırıram”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Canet Yellen deyib.

Yellen inflyasiyanın orta müddətdə normal səviyyəyə enəcəyini düşünür: “Bu məsələyə çox diqqət yetirilməlidir. İnflyasiya təzyiqlərinin iqtisadi dirçəlişə mane ola biləcəyinə dair narahatlıqlar var. Ancaq 2008-ci ildə maliyyə böhranına doğru getdiyimiz zaman müşahidə etdiyimiz təhlükələri görmürəm”.

Mövcud vəziyyətin fərqli olduğuna işarə edən Yellen mənzil qiymətlərinin artdığı bir dövrdə aztəminatlı ailələrə ev almaq üçün yaranacaq təzyiqlərdən narahat olduğunu da vurğulayıb.

ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, İstehlakçı Qiymətləri İndeksi iyun ayında gözləntiləri aşaraq aylıq 0,9%, illik 5,4% artıb. Sözügedən dövrdə 5%-i aşan illik inflyasiya son 13 ildə ən yüksək artımıdır. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*