Çavuşoğlu Gürcüstanın XİN başçısı ilə görüşdü – YENİLƏNİBbackend

Çavuşoğlu Gürcüstanın XİN başçısı ilə görüşdü - YENİLƏNİB

Ankarada Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu arasında təkbətək görüş keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə D.Zalkaliani tvitter hesabında yazıb.

O, səmimi qəbula görə dost və həmkarı M.Çavuşoğluya minnətdarlığını bildirib.

XİN başçısı görüşdə ikitərəfli əməkdaşlıq və ölkələr arasında dostluq və strateji tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib.

 

***

 11:37
Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşəcək.

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, D.Zalkaliani Çavuşoğlunun dəvəti ilə bu gün Türkiyəyə səfər edəcək.

Diplomatların görüşündə ikitərəfli münasibətlərin və regional əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*