“Çeçenləri “kadırovçu”larla qarışdırmayın və müsəlmanları təhqir etməyin”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç videomüraciətində deyib.
O, çeçen atalar sözündən sitat gətirib: “İnsan döyüşməyi bilən deyil, düşməninin kim olduğunu dəqiq biləndir”.
Aretoviç “kadırovçular”ı çeçenlər və müsəlmanlarla qarışdırmamağı xahiş edib və müsəlmanları incitməməyə çağırıb.
“Mən bu gün sizinlə “kadırovçuları donuz dərisinə tikmək, istehza ilə “Allahu Əkbər” qışqırmaq, patronları donuz yağına batırmaq, araq içmək və sair hədələrdən danışmaq istəyirəm. Bizə kömək edən bir çox ölkələr və dövlətlər var. İkincisi, siz öz silahdaşlarınızı – Ukrayna müsəlmanlarını və dünyanın başqa ölkələrindən sizinlə döyüş sıralarında iştirak edən müsəlmanları incidirsiniz, Gəlin çeçenlərlə “kadırovçular” arasında fərq baxaq və müsəlmanları dini zəmində, onlar üçün son dərəcə vacib olan şeylərə görə incitməyək”, – deyə Aretoviç bildirib.
Xuraman Etibarlı,
KONKRET.az