Cəlilabadda maşın 11 yaşlı yeniyetməni vurdubackend

Cəlilabadda maşın 11 yaşlı yeniyetməni vurdu

Cəlilabad rayonunda minik avtomobili piyadanı vurub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Novruzallı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik maşını 2013-cü il təvəllüdlü A.Ağayevi vurub. Ağır xəsarət alan yeniyetmə təcili yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona qapalı kəllə-beyin travması diaqnozu qoyub. Hazırda onun müalicəsi reansimasiya şöbəsində davam etdirilir, vəziyyətinin isə orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*