Güney Azərbaycanda zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
Bir neçə dəqiqə əvvəl Qərbi Azərbaycan əyalətinin Üçnova şəhərində 3,4 bal gücündə zəlzələ oldu.
Zəlzələnin episentrinin yerin 10 kilometr dərinliyində olduğu qeyd olunur.
Yeraltı təkan Urmu və Mergur şəhərlərində də hiss olunub.