Cənubi Kipr generalı niyə Qarabağdadır? – VİDEObackend

Cənubi Kipr generalı niyə Qarabağdadır? - VİDEO

Cənubi Kiprin yüksək rütbəli zabitinin işğal edilmiş Azərbaycan torpaqlarında olması heç də təəccüblü deyil. Onsuz da həm Yunanıstan, həm də Cənubi Kipr uzun müddətdir ki, Ermənistanı hər mənada dəstəkləyir.

KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu Türkiyə Müdafiə Nazirliyinin Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonları müdafiə etmək üçün Cənubi Kiprdən bir general-leytenantı gətirməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Cənubi Kipr “dqr”ə ciddi şəkildə dəstək olan bir ölkədir:

“Hətta onu deyim ki, iyul eskalasiyası zamanı həm Yunanıstan, həm də Cənubi Kipr konkret şəkildə işğalçıları dəstəkləyən mövqe ortaya qoydu. Digər tərəfdən, bu gün işğal altında olan torpaqlarda Cənubi Kiprin general-leytenant rütbəli zabitinin olması çox ciddi faktdır. Bu, həm də düşmənin nəinki canlı qüvvə, eyni zamanda yüksək rütbəli zabit çatışmazlığından xəbər verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*