Cənubi Qafqaz yeni dövrün astanasında: “Bu, üç ölkəni yaxınlaşdıracaq”backend

Cənubi Qafqaz yeni dövrün astanasında: “Bu, üç ölkəni yaxınlaşdıracaq”

“Cənubi Qafqaz ölkələrinin blokadadan çıxarılan nəqliyyat marşrutları Avropanı Asiya ilə birləşdirəcək və bu yöndə tələbləri artıracaq”.

KONKRET.az xəbər verir ki, bunu gürcü iqtisadçı İosif Arçvadze söyləyib.

Ekspertin sözlərinə görə, Cənubi Qafqaz bölgəsində nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasından sonra zaman keçdikcə nəqliyyat axını, yük daşımalarının həcmi artacaq və yol infrastrukturunu inkişaf etdirmək lazım gələcək.

Arçvadzenin fikrincə, mal axınlarının hərəkət intensivliyi hər üç Cənubi Qafqaz ölkəsinin – Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi potensialını artıracaq:

“Cənubi Qafqaz ölkələrinin yalnız ən yaxın qonşu olmaları deyil, eyni zamanda, hər birinin tranzit funksiyasını yerinə yetirməsi və bu funksiyaların zaman keçdikcə artması Şərqdən Qərbə, Cənubdan Şimala və əksinə, mal axınlarını artıracaq, bölgəyə maraq göstərən ölkələrin sayı çoxalacaq”. (teleqraf.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*