CHP ABŞ-ın yeni hökumətinə çalışır? – Baxçalı açıqladıbackend

CHP ABŞ-ın yeni hökumətinə çalışır? – Baxçalı açıqladı

CHP-nin beyin mərkəzləri vasitəsilə ABŞ-ın yeni hökumətinə məlumat verib-verməməsi araşdırılır.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

O bildirib ki, yazılan ssenarinin qaranlıq üzü işıqlanmağa başlayıb:

“Boğaziçi Universitetində fitnə səhnə göstərdi. Bəzi partiyalarla terrorçu liderlər burada qarşıdurma yaratmaq istədilər. Türkiyədə qarışıqlıq yaranmasını gözlədilər. Ancaq boş yerə gözlədilər!”

Partiya sədri qeyd edib ki, Türkiyənin Qərblə əlaqələri bərpa etməsinin yeni hökumətə qalacağı iddiası səsləndirilib:

“Sözdə siyasi məhbusların azadlığa buraxılması Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşmasında vacib şərt kimi irəli sürülüb. Bir sözlə təhdid və zorakılığın həddi-hüdudu yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*