Çin maşınlarının satışında REKORD: Bu avtomobilləri geridə qoydubackend

Çin maşınlarının satışında REKORD: Bu avtomobilləri geridə qoydu

“JATO Dynamics” agentliyi qlobal avtomobil bazarının son bir ildəki nəticələrini dərc edib.

KONKRET.az xəbər verir ki, agentlik bir sıra diqqətçəkən xüsusiyyətləri müəyyən edib.

Belə ki, 2023-cü il Çin avtomobil sənayesinin yüksəliş ili olub. Ötən ilin nəticələrinə görə, Çin şirkətləri satılan avtomobillərin sayına görə – 13,43 milyon – ABŞ-ı (11,93 milyon) və Almaniyanı (məlumatlar göstərilmir) sıxışdıraraq, öz ölkələrini aparıcı avtomobil gücləri arasında ikinci yerə çıxarıb.

Yalnız Yaponiya şirkətləri Çin şirkətlərini geridə qoya bilib (23,59 milyon).

Agentlik Yaxın Şərqdə, ilk növbədə Türkiyə və İranda, Latın Amerikasında, əsasən Braziliya, Cənub-Şərqi Asiya və Afrikada Çin markalı avtomobillərə tələbatın böyük olduğunu müəyyənləşdirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*