İrana qarşı istifadə olunan ABŞ bazasında HƏYƏCAN: Britaniyada təcili təxliyə BAŞLADIbackend

İrana qarşı istifadə olunan ABŞ bazasında HƏYƏCAN: Britaniyada təcili təxliyə BAŞLADI

Böyük Britaniyanın Qlosterşir qraflığında ABŞ hərbi təyyarələrinin istifadə etdiyi Feyrford (Fairford) aviabazasının yaxınlığındakı Uelford kəndində fövqəladə vəziyyət elan olunub.

KONKRET.az xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus Feyrford bazasına bitişik kənddə bəzi yaşayış evləri “Partlayıcı maddələr haqqında qanun”un pozulması ittihamı ilə saxlanılan şübhəlilərə görə boşaldılıb.

Qlosterşir polisinin bəyanatında bildirilir ki, bu səhər sözügedən qanunvericiliyi pozmaqda şübhəli bilinən bir qrup kişi saxlanılıb.

Hadisə yerinə cəlb olunan Britaniya ordusunun bomba zərərsizləşdirmə qrupları ərazidəki bəzi nəqliyyat vasitələrinə baxış keçirir.

Təxliyə edilən sakinlərin yaxınlıqdakı idman zalına yerləşdirildiyi, hadisənin nəzarət altına alındığı, lakin bölgənin təhlükəsizlik kordonunda qalmağa davam edəcəyi vurğulanıb.

Həmçinin əraziyə Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) Təhlükəli Ərazilərə Reaksiya Qrupu təhkim olunub.

Qeyd edək ki, İsrail və ABŞ-nin İrana hücum başladığı fevralın 28-dən bəri ABŞ hərbi hava qüvvələri Feyrford bazasından fəal istifadə edir.

Rəsmi London bazadan müdafiə məqsədilə istifadə olunduğunu bildirsə də, “Chatham House” kimi beyin mərkəzləri və müstəqil ekspertlər onun hücum əməliyyatlarında da rol oynadığını iddia edirlər.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*