Çin yeni koronavirus peyvəndini hazırladıbackend

Çin yeni koronavirus peyvəndini hazırladı

Çin səlahiyyətliləri milli dərman şirkəti “Sinopharm” tərəfindən klinik sınaqlar üçün hazırlanan üçüncü koronavirus peyvəndini təsdiqləyib.

KONKRET.az bu barədə “Weibo” sosial media səhifəsində yayımlanan rəsmi açıqlamada deyilir:

“Bu, koronavirus sünbül zülalının elementlərini ehtiva edən rekombinant vaksindir”.

Açıqlamaya görə, yeni dərman “bədənin immunitet müdafiəsini stimullaşdıran xüsusiyyətlərə malikdir”.

Rəsmi məlumatlara görə, Çində koronavirusa qarşı daha beş dərman hazırlanır.

Qeyd edək ki, bundan əvvəl Çinin “Sinovac” şirkəti “CoronaVac”, “Sinopharm” şirkəti “BBIBP-CorV” peyvəndi hazırlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*