“Çindən məmnun deyiləm, virusu çıxdığı yerdə dayandırmalı idi”.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.
“Çin illərlə ABŞ-dan yararlanıb. Ağ Evdə məndən əvvəl oturanlar da buna icazə verib, ancaq mən verməyəcəyəm”, – deyə D.Tramp bildirib.
