Çingiz İsmayılovun səhhətində problem yarandıbackend

Çingiz İsmayılovun səhhətində problem yarandı

“Neftçi”nin keçmiş qapıçısı Çingiz İsmayılovun səhhətində problem yaranıb.

AFFA-nın ilk baş katibi kimi adını tarixə yazmış sabiq funksioner hazırda xəstəxanaya yerləşdirilib.

KONKRET.az sportinfo-ya istinadən xəbər verir ki, Aprelin 12-də 90 yaşı tamam olacaq əfsanəvi idman şərhçisi hazırda həkim nəzarəti altındadır. Onun hələ bir müddət də xəstəxanada saxlanılacağı bildirilir.

AFFA-nın yeni rəhbərliyi İsmayılovun sağlıq durumuna həssas yanaşır.

Federasiya tərəfindən tibb müəssisəsi ilə əlaqə saxlanılıb, müalicə prosesinun yüksək səviyyədə aparılması üçün dəstək göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*