Dağıstanda ildırım vurması nəticəsində 37 yaşlı çoban və 50-dən çox qoyun həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, hadisə bir gün əvvəl, iyunun 18-də Noqay bölgəsində baş verib.
Bildirilir ki, kişi tufan zamanı heyvanları otarıb.