İngiltərə Ukraynaya anti-batareya sistemləri, Türkiyə isə yeni “Bayraktar”lar verəcək.
KONKRET.az xəbər verir ki, Conson bunu NATO sammitindən və NATO liderlərinin ikitərəfli görüşlərindən sonra keçirilən brifinqdə deyib.
Böyük Britaniyanın baş naziri Boris Conson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı danışıqlardan danışıb.
Jurnalistlər Consona Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynaya hərbi yardımla bağlı danışıqları barədə sual veriblər.
“Biz Ərdoğanla belə razılaşdıq: Britaniya Ukraynanı Rusiyanın uzaqmənzilli artilleriyasını məhv etmək üçün anti-batareya sistemləri ilə təmin edir, onlar buradan Mariupolu vururlar. Bu Britaniya artilleriyası rus gəmilərini uzaq məsafədən məhv edə biləcək. Türkiyə isə Ukraynaya “Bayraktar”ların daha bir partiyasını verəcək. Həmçinin Britaniyanın uzaqmənzilli ağır artilleriyasının yüklənəcəyi və lazımi yerlərə daşınacağı platformalı güclü təkərli traktorları da veriləcək”, – məlumatda deyilir.
Xuraman Etibarlı,
KONKRET.az
