Rusiyalı həkimdən COVID-19 və omikronla bağlı hamının gözlədiyi AÇIQLAMA: “Martda bitəcək”backend

Rusiyalı həkimdən COVID-19 və omikronla bağlı hamının gözlədiyi AÇIQLAMA: "Martda bitəcək"

“Koronavirusun omikron ştammının hazırkı dalğası əvvəlkilərdən iki dəfə tez keçəcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Allerqoloq-immunoloq Vladimir Bolibok jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, omikrona yoluxma hallarındakı artım tempi iki ay davam edəcək: “Normalda koronavirusun yeni dalğaları dörd ay davam edir, lakin omikronun yayıldığı ölkələrdə apardığımız müşahidələrin hamısında bu prosesin iki ay davam etdiyini görmüşük” – deyə Vladimir Bolibok vurğulayıb.

Həkim yoluxmalardakı artımının martın ortalarında bitəcəyini deyib. Qeyd edək ki, daha əvvəl Moskva meri Sergey Sobyanin şəhərdə koronavirusla bağlı vəziyyətin sabitləşdiyini açıqlamışdı.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*