Azərbaycan cüdoçuları Bakıda keçirilən “Böyük Dəbilqə” turnirini 5 medalla başa vurublar.
KONKRET.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışın son günündə mübarizəyə qoşulan milli komandamızın 9 üzvündən yalnız ikisi bürünc mükafat uğrunda qüvvəsini sınayıb.
Əjdər Bağırov (100 kiloqram) Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Niyaz Bilalova, Kənan Nəsibov (+100 kiloqram) isə yaponiyalı Kanta Nakanoya uduzaraq 5-ci yeri tutublar.
Qeyd edək ki, Azərbaycan cüdoçularından Zelim Tçkayev (81 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) gümüş, Vüsal Qələndərzadə (73 kiloqram), Əhməd Yusifov (60 kiloqram) və Elşən Əsədov (66 kiloqram) bürünc mükafata sahib çıxıblar.
KONKRET.az