“Dağlıq Qarabağda ən kəskin problem budur” – PUTİNbackend

"Dağlıq Qarabağda ən kəskin problem budur" - PUTİN

“Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və təcili problemdir”.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin aprelin 7-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

“Sözsüz, ikitərəfli münasibətlər baxımından bizim danışacaq məsələlərimiz var. Əlbəttə, ən aktual, ən kəskin problem – Dağlıq Qarabağ və ətrafında şəraitin normallaşmasıdır”, – Rusiya prezidenti vurğulayıb.

V.Putin bildirib ki, nəqliyyat marşrutlarının bərpası regionda Ermənistana inkişaf üçün yeni imkanlar qazandıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*