Yevlaxda yeni doğulan körpə ölüb.
KONKRET.AZ xəbər verir ki, hadisə Yevlax Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Rayon sakini Fəridə Xəlilova dekabrın 15-i saat 23 radələrində bətndaxili hipoksiya əlamətləri olan qız uşağı dünyaya gətirib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, körpə gecə saatlarında dünyasını dəyişib.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.
APA