Danimarka Rusiyanın törətdiyi cinayətlərin təhqiqatına RƏHBƏRLİK EDƏCƏKbackend

Danimarka Rusiyanın törətdiyi cinayətlərin təhqiqatına RƏHBƏRLİK EDƏCƏK

Danimarkanın rəhbərliyi altında Rusiyanın Ukraynaya qarşı müharibədə törətdiyi cinayətlərə görə “hesabat” platforması yaradılıb.

KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, Danimarka Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, nazir Ceppe Kofod Albaniya, Kolumbiya, Marşal adaları, Hollandiya və Ukraynanın xarici işlər nazirləri ilə Rusiyanın Ukraynada törədilmiş hərbi cinayətlərə görə məsuliyyət daşıması üçün işə başlayıb.

Mövzu ilə bağlı açıqlamasında Kofod bildirib ki, Ukraynada törədilən hər hansı bir cinayətə görə məsuliyyətin təmin edilməsi gələcək təqiblər üçün həyati əhəmiyyət daşıyır.

Bu ölkələrlə birlikdə Beynəlxalq Cinayət Məhkəməsi nəzdində Danimarkanın liderliyi ilə “Dostlar Qrupu” adlı “hesabat” platforması yaradılıb.

Artıq Danimarka hökuməti cinayətlərin araşdırılması üçün yaratdığı yeni fonda 100 min dollar yardım edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*