Danimarkada F-16 qırıcılarını idarə edəcək ukraynalı pilotların təliminə başlanılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə telemarafon zamanı Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat məlumat verib.
Onun sözlərinə görə, hərbçilər NATO tipli yüngül mühərrikli təyyarələrdə təlim keçiblər. İndi isə təlimatçılar pilotlara uçan döyüş təyyarələrini idarə etməyi izah edirlər.
Qeyd edək ki, Vladimir Zelenski bildirmişdi ki, F-16-nı idarə etmək üçün pilot təlimlərin həcmi yetərli deyil. “İndiyə qədər mənim nöqteyi-nəzərdən onlar minimaldır. Biz bu təlimlərim sayını artırmaq istəyirik”.
Burhan,
KONKRET.az