Daşkəsəndə gəlin qayınanasını baltaladı – YENİLƏNİBbackend

Daşkəsəndə gəlin qayınanasını baltaladı - YENİLƏNİB

Daşkəsəndə qadının gəlini tərəfindən baltalanmasının bəzi təfərruatları məlum olub.

KONKRET.az xəbər verir ki, xəsarət alan 66 yaşlı Tahirə Qurbanovun oğlu Nofəl Qurbanov hadisəni törədən Səidəni həyat yoldaşı kimi evə gətirməsi olub. Bundan sonrada qaynana ilə gəlin arasında mübahisə baş verib.

Davanın sonu qanla bitib. Hadisədən sonra gəlin evdən qaçıb. Qeyd edək ki, zərərçəkən 66 yaşlı Tahirə Qurbanovanın oğlu Nofəl Qurbanov hazırda Rusiyada yaşayır. Nofəl Qurbanovun Səidədən əvvəl iki arvadı olub. Onun birinci həyat yoldaşından iki uşağı, ikinci həyat yoldaşından isə bir övladı var. Faktla bağlı Daşkəsən rayon polis şöbəsində müvafiq araşdırmalara başlanıb.

18:38

Daşkəsəndə qadın döyülüb, sonra isə baltalanıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndlərinin birində baş verib. Belə ki, 66 yaşlı T.Qurbanova müxtəlif ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qadına ilkin ardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, T.Qurbanova gəlini tərəfindən baltalanıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*