Daşkəsən rayonunda mübahisə zəminində tanışını bıçaqlayan şəxs saxlanılıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, 57 yaşlı İqbal İsmayılova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, 1978-ci il təvəllüdlü Mübariz Novruzov tutulub.
Qeyd edək ki, mübahisə zamanı bıçaqlanan şəxs sərxoş olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
***
09:00
Daşkəsən şəhərində yerli sakin mübahisə zəminində müxtəlif bədən xəsarətləri alıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Daşkəsən şəhərində qeydə alınıb.
Daşkəsən rayon sakini 1964-cu il təvəllüdlü İqbal İsmayılov mübahisə zəminində döyülüb və daha sonra bıçaqlanıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
O, sol qabırğa üstü nahiyəsindən bir bıçaq xəsarəti alıb. Həmçinin döyülərək üz və baş nahiyəsindən də müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır
