Daşnak fəalın Ermənistana girişi qadağan olundubackend

Daşnak fəalın Ermənistana girişi qadağan olundu

Ermənistanda Daşnaksütyun partiyasının daha bir üzvü barədə ölkəyə giriş qadağası tətbiq edilib.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu haqda sosial media hesablarında məlumat yayılıb.

Belə ki, Daşnaksütyun partiyasının Fransadakı şöbəsinin Gənclər Birliyinin sədri Njde Karakavoryanı “persona non qrata” elan edilib.

Bildirilib ki, bu addım heç bir izah verilmədən atılıb. O, partiya konqresində iştirak etmək üçün fevralın 6-10-da Sünikə gəlməli idi.

Qeyd edək ki, bundan əvvəl Daşnaksütyunun digər nümayəndələri Murad Papazyan, Masis Abrahamyan və Syune Abrahamyanın ölkəyə girişi yasaqlanmışdı. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*