Deputatın 3 yaşlı oğlunu öldürənlər tutuldubackend

Deputatın 3 yaşlı oğlunu öldürənlər tutuldu

Kiyev Vilayət Şurasının deputatı, iş adamı Vyaçeslav Sobolevin 3 yaşlı oğlu Aleksandrın qətlində şübhəli bilinən 2 nəfər saxlanılıb.
KONKRET.AZ xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Hazırda şübhəli bilinən şəxslərin polis əməkdaşları tərəfindən sorğu-sual edildiyi bildirilib.

Daxili İşlər nazirinin müavini Anton Qeraşşenko isə açıqlamasında deyib ki, qətl sifarişli olub və cinayət deputat Sobolyevə qarşı düşmənçilik zəminində törədilib.

Qeyd edək ki, Sobolevin avtomobili Kiyevin mərkəzində gülləbaran edilib. Nəticədə deputatın maşında olan 3 yaşlı oğlu Aleksandr aldığı güllə yarasından dünyasını dəyişib.(azvision.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*