Deputatlar təcili olaraq parlamentə çağrıldı: Koronovirusa görə yoxlanılırlarbackend

Deputatlar təcili olaraq parlamentə çağrıldı: Koronovirusa görə yoxlanılırlar

Bu gün Milli Məclisin deputatları təcili olaraq parlamentə çağırılıb. 

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hazırda deputatlar Milli Məclisin binasında COVID-19 xəstəliyi ilə əlaqədar tibbi müayinədən keçirilir.

Tibbi testlər Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən Milli Məclisin binasında quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə aparılır.

Qeyd edək ki, Milli Məclisin deputatı Sahib Alıyev koronovirusa yoluxub.

Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*