Böyük Britaniyanın yeni təyin edilmiş XİN rəhbəri Devid Kemeron sözügedən vəzifədə ilk səfərini Ukraynaya edib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz “X” hesabında paylaşıb.
Onun sözlərinə görə, görüş zamanı əsas olaraq silah tədarükü, hava hücumundan müdafiəni gücləndirmək kimi məsələlər müzakirə edilib.
Xatırladaq ki, 2010-2016-cı illərdə Böyük Britaniyanın Baş naziri olan D.Kemeron noyabrın 13-ü xarici işlər naziri təyin edilib. Qafqazinfo