DİN-dən “Rəisim” mahnısına reaksiyabackend

DİN-dən "Rəisim" mahnısına reaksiya

Xəbər verdiyimiz kimi, Azərbaycanda sevgilisi olan polis rəislərindən bəhs edən mahnı klipi çəkilib. Ötən gün sosial şəbəkələrdə yerləşdirilən klip maraqla qarşılanıb. Gənc müğənni Mujgan Ayxan tərəfindən ifa edilən “Rəisim” adlı mahnının sözlərində də sevgilisi olan rəislər vəsf olunub. 

KONKRET.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin fikirlərini öyrənməyə çalışdıq. E.Hacıyev Demokrat.az-a açıqlamasında bunları deyib:

“İstənilən təbliğat maarifləndirmədə faydalı olur. Polisin fəaliyyəti insanlara görə yox, insanların əməllərinə görə dəyişir. Polis sıralarında olan hər bir əməkdaş xalqın övladıdır. Bu mənada görülən işlər, həyata keçirilən tədbirlər polisin fəaliyyətinin əsasıdır. Ancaq hamı razı qala bilməz, çünki mübahisəlidir. Polisdən o insan razıdır ki, qanunlara ehtiramla yanaşır, ictimai münasibətlərə, hüquq qaydasına şərtsiz əməl edir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*