backend

Dmitri Peskov: “Putin mənimlə tez-tez zarafat edir”

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Kremldə işləyən şəxslərin öz aralarında zarafat edib-etmədiklərinə aydınlıq gətirib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o jurnalistlərin 1 Aprel Günü ilə bağlı suallarını cavablandırıb.

“Kreml administrasiyasında zarafat etmək qəbul edilir, dövlət başçısı isə mənimlə tez-tez zarafatlaşır”, – D.Peskov deyib.

Bununla belə, Kreml rəsmisi necə zarafatlaşdıqlarını izah etməkdən çəkinib: “İnsan kimi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*