Donald Trampa milyard dollar borc verən bankir ölü tapıldıbackend

Donald Trampa milyard dollar borc verən bankir ölü tapıldı

Onun impiçment prosesində ifadə verdiyi məlum idi.

KONKRET.AZ bildirir ki, dünyanın ən böyük maliyyə quruluşlarından sayılan “Deutsche Bank”ın keçmiş top-menecerlərindən sayılan Tomas Bauers evində ölü tapılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, T.Bauers Malibuda (Kaliforniya ştatı) öz malikanəsində asılmış vəziyyətdə aşkar edilib.

Mətbuat onun 35 illik xanımı Ebigeylin də 2017-ci ildə müəmmalı səbəblərdən dünyasını dəyişdiyinə diqqət çəkib.

55 yaşlı Bauers prezident Donald Trampa seçilməzdən öncə 2 milyard dollar məbləğində kredit verməkdə təqsirləndirlirdi.

Olduqca qaranlıq məqamların olduğu bu kredit sövdələşməsi Konqres tərəfindən onun özündən soruşulub.

Ümumiyyətlə, son dövrlərdə “Deutsche Bank”ın menecerlərinin vaxtından qabaq o dünyaya təşrif aparması halları artıb.

Məsələn, 2014-cü ilin yanvarın 26-da bankın 58 yaşlı idarəçisi Uilyam Bruksmit də Londondakı evində asılmış vəziyyətdə tapılmışdı.

Bu ilin oktyabrında isə Almaniya mənşəli şirkətin daha bir veteranı, hüquq məsləhərçisi, 41 yaşlı Çarli Qambino pilləkənlərdən yıxılaraq ölüb.

Boston universitetinin məzunu olan Tomas Bauers 2015-ci ildən bu yana “Starwood Capital Group” investisiya bankının baş əməliyyat direktoru vəzifəsində çalışdırdı.

2005-2015-ci illərdə isə o, “Deutsche Bank”ın ABŞ və Latın Amerikasından olan varlı müştərilərinin maliyyə aktivlərinin və kapitallarının idarə olunması bölməsinin rəhbəri olub.

Həm Tomas Bauers, həm də yuxarıda adı çəkilən Uilyam Bruksmit “Deutsche Bank”da bir yerdə çalışarkən əsas mövqeləri tutublar.

T.Bauers özü Donald Trampın şəxsi bankiri Rozmari Vrablikin şefi olub. Məhz sonuncunun sayəsində Tramp prezident kampaniyası gedişində bankdan birdən-birə 300 milyon dollar kredit çəkə bilib.

Bank isə daha varlı müştəriləri cəlb etmək üçün bundan reklam vasitəsilə istifadə edib. (musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*