Donald Tusk Avropa İttifaqı Şurasının rəhbəri səlahiyyətlərini təhvil verdibackend

Donald Tusk Avropa İttifaqı Şurasının rəhbəri səlahiyyətlərini təhvil verdi

Avropa İttifaqı Şurasının sədri postunu tərk edən Donald Tusk səlahiyyətlərini Belçikanın sabiq Baş Naziri Şarl Mişelə təhvil verib.

KONKRET.AZ xəbər verir ki, rəsmi mərasim noyabrın 29-da Avropa İttifaqı Şurasının Brüsseldəki yeni binasında keçirilib. Donald Tusk və Şarl Mişel bir-birinin əlini sıxaraq danışıqlar zalına keçib, sonra isə jurnalistlər qarşısına çıxıblar.

“Ümid edirəm ki, öz istedadınızı birliyimizin qorunması üçün sərf edəcəksiniz. Bu gün Avropa İttifaqı Şurasını tərk edirəm, lakin ən əsas odur ki, mən sizinlə qalacağam, əziz Şarl”, – deyə Donald Tusk vida çıxışında bildirib. Şarl Mişel isə öz növbəsində Donald Tuska təşəkkürünü ifadə edib və ona Avropa Xalq Partiyasının sədri postunda uğurlar arzulayıb.

Qeyd edək ki, Belçikanın sabiq Baş Naziri Şarl Mişel dekabrın 1-dən Avropa İttifaqı Şurasının sədri səlahiyyətlərinin icrasına başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*