Dövlət başçısı: “Biz Kəlbəcər şəhərini də, kəndləri də yenidən quracağıq” – VİDEObackend

Dövlət başçısı: “Biz Kəlbəcər şəhərini də, kəndləri də yenidən quracağıq” - VİDEO

“Kəlbəcər şəhəri, yolun sağında da, solunda da bir dənə də salamat bina yoxdur. Baxmayaraq ki, ermənilərin bir hissəsi Kəlbəcərdə qanunsuz məskunlaşmışdılar, ancaq azərbaycanlılara məxsus evləri yerlə-yeksan etmişlər. İndiki Kəlbəcər şəhəri bax budur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Kəlbəcərə səfəri zamanı deyib.

“Biz Kəlbəcər şəhərini də, kəndləri də yenidən quracağıq. Baxın, bütün evlər dağılmış vəziyyətdədir”, – deyə dövlət başçısı bildirib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*