Dünən saxlanılan jurnalistlər bu maddə ilə ittiham olunurlarbackend

Dünən saxlanılan jurnalistlər bu maddə ilə ittiham olunurlar

Dünən saxlanılan bir qrup şəxsin nədə ittiham edildiyi məlum olub.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, saxlanılanların vəkilləri onların Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli bilindiklərini deyib.

Ramin Cəbrayılzadəyə (Ramin Deko) həmin maddə üzrə artıq ittiham elan olunub.

Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aynur Elgünəş və Natiq Cavadlının vəkilləri onların şübhəli şəxs qismində saxlanıldığını qeyd edib. Vəkillər saxlanılanlardan bəzilərinin evində axtarış aparıldığını bildiriblər.

Qeyd edək ki, dünən Daxili İşlər Nazirliyi Ramin Cəbrayılzadənin ( Ramin Deko) ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldığını bildirib. Nazirlik məlumatın təsdiqini tapdığını da açıqlayıb.

Xatırladaq ki, saxlanılandan bir qismi Meydan TV ilə əməkdaşlıq edib.

  • Fəxrəddin
    Dekabr 7, 2024 - 16:11

    ƏSAS SƏBƏB XALQA MƏLUMDUR,BELƏ Kİ, ,, MEYDAN TV” İLƏ ƏMƏKDAŞLIQ ETMƏSƏYDİLƏR 70 KQ QIZIL DA GƏTİRMƏK OLARDI….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*