Dünən şəhid olan Elmin futbolçu imiş…backend

Dünən şəhid olan Elmin futbolçu imiş...

Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub.

KONKRET.az AFFA-ya istinadən xəbər verir ki, o, 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak edib.

“Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin”, – AFFA-dan bildirilib.

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın yeddi hərbçisi şəhid olub, 10-u yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*