Dünya iqtisadiyyatı yeni şoka girdi – Qızılın qiyməti qalxacaqbackend

Dünya iqtisadiyyatı yeni şoka girdi – Qızılın qiyməti qalxacaq

2020-ci il koronavirus pandemiyasının nəticələrini hələ tam aradan qaldırmayan dünya iqtisadiyyatı vaxtaşırı yeni şoklara məruz qalır. Ən son şok İran-İsrail münaqişəsinin kəskinləşməsidir.

KONKRET.az xəbər verir ki, baş verənlərə ilk və ən həssas reaksiya neftin qiyməti oldu. Brent neftinin inflyasiyası 2,5-5% arasında dəyişməyə başlayıb.

Əlvan və qiymətli metallar bazarında da qiymət artımı müşahidə olunub. İqtisadi inkişafla bağlı mənfi gözləntilər getdikcə artır. Üstəlik, müxtəlif ssenarilər nəzərdən keçirilir. Uzunmüddətli eskalasiya zamanı neftin qiymətinin bir barel üçün 100, 120 və hətta 150 dollara qədər yüksələcəyi proqnozlaşdırılır. Belə olan halda dünya iqtisadiyyatı yeni inflyasiya dalğası ilə üzləşəcək. Qızılın da qiyməti qalxaraq dolların ucuzlaşmasına səbəb olacaq.

Ortamüddətli perspektivdə neft hasil edən ölkələr bu ssenaridən faydalanacaq, lakin qısa müddətdə bu, son nəticədə neft və qaz istehlakına təsir edəcək.

İqtisadçı ekspertlər hesab edir ki, Azərbaycan qlobal iqtisadiyyatda baş verə biləcək belə şoklara məruz qala bilər

Ermənilər də çox narahatdır. Hazırda Ermənistan-İran ikitərəfli gündəliyində olan bütün layihələr sual alflında qalacaq. Belə ki, Fars körfəzini Qara dənizlə birləşdirən nəqliyyat layihəsi, ikitərəfli ticarətlə bağlı proqramlar iflasa uğraya bilər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*