Dünyanın ən çox maaş verən şirkətləri – SİYAHIbackend

Dünyanın ən çox maaş verən şirkətləri - SİYAHI

Dünyanın ən böyük texnologiya şirkətləri nə qədər maaş ödəyir? 2021-ci il üçün orta maaşı ən yaxşı olan texnologiya şirkətləri açıqlanıb.

ABŞ-ın 500 ən böyük şirkətinin S&P qiymətləndirməsi yeni maaşları ortaya çıxarıb. Məhsul tədarükü ilə bağlı problem yaşayan Apple-ın kifayət qədər maaş artımları etməsi diqqətdən qaçmayıb. Bəs Meta, Google, Amazon kimi şirkətlərdə vəziyyət necədir?

KONKRET.az “ShiftDelete”yə istinadən xəbər verir ki, S&P 500 şirkətlərdə ödənilən maaşlarla bağlı yeni hesabatı açıqlayıb. Təəccüblüdür ki, Apple 2021-ci ildən bəri maaşları 18% artırsa da, hələ də Google və Metadan çox geridədir. Daha əvvəl də şirkətdə qadınların kişilərdən daha az maaş aldıqları üzə çıxmışdı.

Qeyd edək ki, S&P 500 birja indeksi Standard&Poor’s tərəfindən həyata keçirilir. O, 500 böyük Amerika şirkətini, Amerika fond bazarının təxminən 75%-ini əhatə edir.

Son araşdırmaya görə, Apple-ın 2021-ci ildə orta əmək haqqı $68 254 təşkil edib. Bu rəqəm əvvəlki illə müqayisədə 18% çox olsa da, Meta-nın $292 785-lıq orta maaşından xeyli azdır.

Google-un ana şirkəti Alphabet işçilərinə ən çox maaş verən şirkət olub. Banker.az xəbər verir ki, WSJ-nin hesabatına görə, Alphabet 2021-ci ildə orta hesabla $295 884 dollar əməkhaqqı verib. Alphabet və Meta-dan sonra əczaçılıq şirkəti Incyte gəlir: $248 810 dollar orta maaş.

2021-ci ildə ən yüksək maaş verən şirkətlər aşağıdakılardır:

Alphabet – $295 884
Facebook – $292 785
Incyte – $248 810
Broadcom – $247 541
Vertex Pharmaceuticals – $234 107
ServiceNow – $233 859
Twitter – $232 626
Etsy – $231 338
Nvidia – $217 542
Gilead Sciences – $211 687

Hesabatda həmçinin, qlobal olaraq Apple-in 154 min, Google-un 156 min və Meta-nın isə 71 min işçisi olduğu bildirilir. Bu rəqəmlərə fabrik işçilərinin daxil edilib-edilmədiyi bilinmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*