Yaponiyanın ən yaşlı sakini və dünyanın ən yaşlı insanı Tomiko İtooka 116 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, İtooka dekabrın 29-da təbii səbəblərdən dünyasını dəyişib. O, dünyanın ən yaşlı insanı adını 2023-cü ilin dekabrında Yaponiya sakini olan 116 yaşlı Fusa Tatsuminin ölümündən sonra alıb.
Rəsmi olaraq Ginnesin Rekordlar Kitabı ona 2024-cü ilin sentyabrında ən yaşlı insan statusunu verib. İndi dünyanın ən yaşlı insanı 116 yaşlı Braziliya sakini İna Kanabarro Lukasdır.