Ədalət Abbasovun nəşinin qalıqları ailəsinə verildibackend

Ədalət Abbasovun nəşinin qalıqları ailəsinə verildi

Birinci Qarabağ döyüşləri zamanı şəhid olan Ədalət Vilayət oğlu Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verilib.

KONKRET.az xəbər verir ki, 1970-ci ildə Daşkəsən rayon Xoşbulaq kəndində anadan olmuş Abbasov Ədalət Vilayət oğlunun nəşinin qalıqları yaxınlarının yaşadığı kəndə aparılıb.

Onun nəşinin qalıqları sabah dəfn olunacaq.

Qeyd edək ki, Ə.Abbasov 1992-ci ildə hərbi xidmətə çağırılıb və həmin il Çıldıran uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, naməlum şəhid kimi Tərtər rayonunda dəfn olunan, Birinci Qarabağ döyüşlərində itkin düşmüş Azərbaycan vətəndaşlarından olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*