Efiopiyanın Amhara regionunda sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 28 nəfər ölüb.
KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə region polisinin bəyanatında qeyd olunub.
Məlumata görə, hadisə avtobus Dessi şəhərindən ölkənin paytaxtı Əddis-Əbəbəyə hərəkət edərkən baş verib.
“28 nəfər ölüb, bir çoxu yüngül və ağır xəsarətlər alıb”, – məlumatda bildirilib.
Yol qəzasının səbəbləri araşdırılır.
