Əfqanıstanın şimalındakı Bədəxşan vilayətində sərnişin təyyarəsi qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə yerli “Tolonews” telekanalı vilayətin informasiya və mədəniyyət departamentinin rəsmisi Zabihullah Amiriyə istinadən məlumat yayıb.
Rəsmi əlavə edib ki, qəzaya uğrayan təyyarə ilə bağlı Kuran-va-Muncan rayonunun Topxana bölgəsinə qrup göndərilib.
