Əfsanəvi aktyor vəfat etdibackend

Əfsanəvi aktyor vəfat etdi

Hollivudun şotlandiyalı aktyoru Şon Konneri 90 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The Guardian” nəşri yayıb.

Mənbə bildirir ki, aktyorun ölüm səbəbi hələ məlum deyil.

Qeyd edək ki, Şon Konneri “Kral olacaq insan”, “Gülün adı”, “Toxunulmazlar” və digər filmlərdə rol alıb.

O, məşhur “Agent 007” serialında ilk dəfə Ceyms Bond rolunu oynayıb. Şon Konneri 1988-ci ildə çəkilən “Toxunulmazlar” filmindəki roluna görə “Ən yaxşı köməkçi aktyor” nominasiyasında Oskar mükafatı qazanıb. Üç dəfə “Qızıl qlobus” mükafatını və beş dəfə Britaniyanın “Film və Televiziya Akademiyası” mükafatını əldə edib.

Xatırladaq ki, Konneri 1930-cu ildə anadan olub. O, uşaqlığını Edinburqun Fantinbridge bölgəsində keçirib. 14 yaşında məktəbi buraxıb. 1948-ci ildə Kral Hərbi Dəniz Qüvvələrinə yazılıb, lakin sonradan səhhətindəki problemlər səbəbindən hərbi xidmətdən tərxis edilib. Bodibildinqlə məşğul olub.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*