Əfsanəvi Məhəmməd Əlinin nəvəsi babasının yolunu davam etdirməyə başladı – FOTOLARbackend

Əfsanəvi Məhəmməd Əlinin nəvəsi babasının yolunu davam etdirməyə başladı - FOTOLAR

Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi babasının yolunu davam etdirməyə qərar verib.

KONKRET.az xəbər verir ki, bu haqda “Əl-Ərəbiyə” nəşri məlumat yayıb.

Ağır çəkidə keçmiş dünya çempionunun nəvəsi Niko Əli Uolş 14 avqustda ilk peşəkar döyüşü üçün Bob Arumun “Top Rank” şirkəti ilə müqavilə imzalayıb.

“Top Rank ilə müqavilə imzalamaq bir xəyalın gerçəkləşməsi oldu. Babamın başladığı irsi davam etdirməkdən qürur duyuram. Bu, böyük bir məsuliyyətdir ” – deyə gənc idmançı bildirib. O da maraqlıdır ki, 89 yaşlı B.Arum 1966-cı ildə Məhəmməd Əlinin matçlarını təşkil etməyə başlayıb.

“Bu, heyrətamizdir. Kim düşünə bilərdi ki, bu qədər illərdən sonra Məhəmməd Əlinin nəvəsinin peşəkar boksçu kimi ilk görüşünün təşkilatçısı da mən olacağam?” – deyə B.Arum qürurla söyləyib.

O, Məhəmməd Əlinin Co Freyzerə qarşı məşhur Manila döyüşü və Ken Norton ilə qisas görüşü də daxil olmaqla 27 döyüşündə iştirak edib. Orta çəkidə yarışlara qatılan 20 yaşlı Əli Uolş Robert Uolş və Məhəmməd Əlinin qızı Rəşidə Əli Uolşun oğludur./moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*