“Əgər Paşinyan bunu bacarsa, növbəti Əliyev-Paşinyan görüşü Ankarada keçirilə bilər” – AÇIQLAMAbackend

"Əgər Paşinyan bunu bacarsa, növbəti Əliyev-Paşinyan görüşü Ankarada keçirilə bilər" - AÇIQLAMA

Azərbaycan və Ermənistan liderləri 15 dekabr tarixində Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşğı sammiti çərçivəsində görüşə bilər. Hətta tərəflər arasında baş verən insidentləri aradan qaldırmaq məqsədi ilə müdafiə nazirləri səviyyəsində birbaşa xəttin yaradılması barədə də razılığa gəlinməsi barədə xəbərlər yayılıb.

Politoloq Samir Hümbətov KONKRET.az-a açıqlamasında bildirib ki, görüş barədə yayılan bu xəbərlərin çox böyük əhəmiyyəti var: “Əgər bu görüş baş tutarsa, o zaman tərəflər arasında bəzi məsələlərdə razılığın əldə edilməsi daha real görünə bilər. Həm də bu görüş Moskvanın təzyiqi olmadan keçirilsə, tərəflərin daha rahat dil tapmasına şərait yarada bilər. Burada əsas diqqət çəkən bir neçə məsələ var.

1. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyannaməsinin şərtlərinə əməl edilməsi.

2. Sərhəddə baş verən hadisələri dinc yolla həll etmək və Rusiyanın məsələyə müdaxiləsini mümkün qədər azaltmaq,

3. Tərəflər arasında belə görüşlərin mütəmadi hal alması və sülh danışıqlarını tərəflərin həm də birbaşa aparması haqqında razılığa gəlmək.

4. Sərhədlərin delimitasiya və demarkasiyası məsələsini daha da sürətləndirmək.

5. Əgər Paşinyan bu görüşdə özünə güvəni yarada bilsə, növbəti görüşlərin Moskvada olduğu kimi Ankarada da keçrilməsi mümkün ola bilər.

Səudiyyə krallığı ilə Ermənistan arasında yaxınlaşma hiss edilməkdədir - SAMİR  HÜMBƏTOV

Politoloq əlavə edib ki, bu görüş baş tutarsa, o zaman ölkə başçısı İlham Əliyev Nikol Paşinyana daha rahat dil tapmağı başa salacaq. Fikrimcə Paşinyan da qərbin adamı olduğu üçün, Brüsseldə Putinin təzyiqini daha çox üzərində hiss etmədən rahat düşünmək imkanı əldə edəcək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

  • Vuqar
    Noyabr 20, 2021 - 17:29

    Ikilikdə söhbət ,tet-a-tet!Rusu mümkün qədər aralı tutmaq,Nikolu yaxşıca başa salmaq,onlarda artıq rusun nə yuvanın quşu olduğunu gördülər!

  • Vuqar
    Noyabr 20, 2021 - 17:32

    Rus şeytandır,rus olan yerdə heç vaxt etibar,inam olmaz,bir Belorusa baxın,Lukaşenkonu 3 ayın içində Avropa qarşısında nə günlərə qoydu?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*