Əgər Xankəndiyə girsəydik… – Millət vəkilibackend

Əgər Xankəndiyə girsəydik… - Millət vəkili

Xankəndidə 2-3 min qoca erməni qalmışdı. Biz Xankəndiyə girsəydik, o qocaları ermənilər özləri güllələyib, sonra da deyəcəkdilər ki, Azərbaycan dinc əhaliyə qarşı soyqırım həyata keçirdi.

KONKRET.az xəbər verir ki, bu sözləri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı TV Müsavatın efirində Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin təhlil” verilişində deyib.

Millət vəkili deyib ki, onda tamam ayrı vəziyyət yaranacaqdı və onun cavabını vermək çətin olacaqdı:

“Biz, deyildiyi kimi, dinc əhali ilə müharibə aparmırıq. O torpaqlar azad olunursa, Qarabağda erməninin qalması bizə haqq verəcək ki, sabah “mən Zəngəzura, Göyçəyə qayıdıram” deyim. Çünki oralar mənim tarixi torpaqlarımdır. Bu məsələdə tələm-tələsik qərar vermək olmaz. Ermənilər uşaqlıqdan bizə qarşı nifrətlə böyüdülüb. 5-10 günə “sildim-süpürdüm” aparmaq olmaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*