Əhaliyə 4 milyardlıq ödənişli xidmət göstərildibackend

Əhaliyə 4 milyardlıq ödənişli xidmət göstərildi

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,1 faiz artaraq 3 milyard 512,1 milyon manat olub.

Bu barədə KONKRET.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2606,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 74,2 faizini təşkil edib.

Cari ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 349,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 54,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*