Ekvadorun səfirlikdə gizlənən keçmiş vitse-prezidenti HƏBS OLUNDUbackend

Ekvadorun səfirlikdə gizlənən keçmiş vitse-prezidenti HƏBS OLUNDU

Ekvador polisi ölkənin keçmiş vitse-prezidenti Xorxe Qlasın sığındığı Meksikanın Kitodakı səfirliyinə basqın edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ilin dekabrından səfirlikdə gizlənən Qlas həbs olunub.

Meksika Xarici İşlər Nazirliyinin rəhbəri Alisiya Barcena bildirib ki, səfirliyə basqın zamanı diplomatlar yaralanıb. O, Ekvador polisinin hərəkətlərini “yolverilməz” adlandırıb.

Rəsmi Mexiko Ekvador hakimiyyətinin hərəkətlərini Beynəlxalq Ədalət Məhkəməsində pisləmək niyyətindədir.

Ekvador isə hücumun ölkənin milli maraqlarının qorunması naminə həyata keçirildiyini vurğulayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*